Ölkənin və xalqın ən ağrılı anında xilaskarlıq missiyasını yerinə yetirmiş Ulu Öndər
Müstəqilliyin əldə olunması nə qədər çətindirsə,onun saxlanılması,daimi,əbədi olması bundan da çətindir.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir.Ümummilli lider ilk növbədə,ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış,qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.Dövlət çevrilişlərinin qarşısı alınmış,Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması,ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.Ölkənin və xalqın ən ağrılı anında xilaskarlıq missiyasını yerinə yetirmiş Ulu Öndər Heydər Əliyev 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır.Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün əvəzsiz lideri Heydər Əliyevi Bakıya dəvət etdi.1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər.1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və qiyamın qarşısını aldı.Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi,dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır.Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü.Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir.Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik,hüquqi dövlətin yaranması,milli,mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması,bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi,ilk Milli Konstitusiyamızın qəbul edilməsi,vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.Qərbə inteqrasiya yolunu tutan Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi,milli dövlətçiliyin,milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Milli iqtisadiyyatımızın “Əsrin müqaviləsi” zirvəsi.Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış,1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə,1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə,separatçı meyillərə son qoyulmuş və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur.Ulu Öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə mühüm islahatlara başlamışdır.Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir.Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə,ilk növbədə, mütəşəkkil cinayətkarlığa,korrupsiya və rüşvətxorluğa,terrorizmə,narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.Davamlı siyasi-hüquqi islahatlar dövrü.İşlək siyasi sistemin,hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin,siyasi mədəniyyətin əsasının qoyulması,milli həmrəylik və xalqın bütövlüyü təmin edən ideologiyanın yaradılması,bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin bilavasitə xidmətidir.Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər oldu.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır.Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla,müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib.Kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası,Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması,Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.Çox əsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti,sanbalı,xalqımızın nəinki bu günü,həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu tipli epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu mərhələləri təhlil etməzdən öncə, belə bir vacib aspekti önə çəkmək vacibdir ki, Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib. Ulu Öndərimiz zamanı qabaqlayan, onun fövqündə dayanan elə dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Azərbaycanı bəşəriyyətin beşiyi olan ölkələrdən biri, xalqımızı isə nadir bir irsin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindən biri də məhz Azərbaycanın tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatmasıdır. Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır.
Ulu öndərimizin layiqli siyasi varisi,Azərbaycanın və regionumuzun yeni praqmatik lideri, Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində,ondan sonrakı çıxışlarında xalqa vəd edib ki,Heydər Əliyev siyasətini davam etdirəcəkdir.O,yeganə düzgün siyasətdir.Bu siyasət ona gətirib çıxardı ki,Azərbaycan xaos,hərc-mərclik,vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi: “Mən ondan çox şey öyrənmişəm və onun təcrübəsini,məsələlərə baxışını öyrənməklə hələ çox şey əxz edəcəyəm.Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki,bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi.Çalışıram ki,mənə inanan,mənə səs verən adamlar məndən razı qalsınlar.Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır,bunsuz işləmək çox çətindir.Mən çalışacağam ki,Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.
Bu gün Yeni Azərbaycan Partiyası regionumuzun yeni praqmatik lideri,Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni,daha yüksək zirvələri fəth etməyə doğru inamla irəliləyir,Yeni Azərbaycan Partiyasının rəhbərliyi partiyanın daim yeniləşməsinə və güclənməsinə mühüm önəm verir.Partiya,eyni zamanda,Heydər Əliyev siyasi irsinin ideoloji bazasını təşkil edən güc mərkəzidir.Ümummilli Liderimizin bizlərə ərməğan qoyub getdiyi gərgin irsi bu gün də,sabah da, gələcəkdə də daim öyrənilməli,onun əsas mahiyyəti dərk edilməlidir.Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütun dirəkləridir.Məhz qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib.İctimai həyatımızın elə bir sahə və istiqamətini tapmaq mümkün deyil ki,orada Heydər Əliyevin izi,hərarəti duyulmasın.Ulu Öndərimizin hələ on səkkiz il bundan əvvəl uzaqgörənliklə müəyyənləşdirdiyi,konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursu bu gün öz möhtəşəm bəhrələrini verir.
Azərbaycanın Birinci vitse-prezident,Heydər Əliyev Fondunun prezidenti,UNESCO və İSESCO-nun xoşməramlı səfiri,Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini,ölkənin birinci xanımı Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi,mədəni həyatında daim mühüm və fəal rol oynayır.Mehriban xanımın vaxtilə Milli Məclisin deputatı kimi də çoxşaxəli fəaliyyəti ilə diqqət çəkir.O,təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb,vaxtilə fəal deputat kimi də seçiciləri ilə daim təmasda olub.Mehriban Əliyevanın fəaliyyətində yaddaqalan məqamlardan biri də onun ədalət,humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir.Bu təşəbbüslərin dövlət başçısı İlham Əliyev tərəfindən dəstəklənməsi sayəsində minlərlə məhbus azadlığa qovuşub.UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ölkə daxilində və xaricində mühüm layihələrə imza atan Mehriban Əliyeva Azərbaycanın birinci xanım statusunu da şərəflə daşıyıb.Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi,dərin məzmunu,yenilikçi düşüncəsi ilə böyük maraq doğurur.Bu,fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi,dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir.Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai,sosial,mədəni həyatını əhatə etməklə tükənmir.O, Azərbaycanın milli-mənəvi dəyərlərini,mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu,özəlliklərini,dünya cəmiyyətində böyük fədakarlıqla,uğurla təbliğ edir.Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri,tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir.Qadın gözəlliyinin zərif örnəyi olan Mehriban Əliyeva bütün dünyaya xeyirxahlığın zirvə nümunəsini sərgiləməkdə davam edir.Ən parlaq işlər isə hələ qabaqdadır.Onun getdikcə yeni çalar qazanan ictimai-siyasi fəaliyyəti bunu diqtə edir.Prezident cənab İlham Əliyevin fikrini xatırlatmaq yerinə düşür: “O,insanlara xoş münasibəti, xoş niyyəti,xoş ünsiyyəti ilə seçilib.Bu,onun xasiyyətinin ən fərqləndirici cəhətidir.Mehriban Əliyeva xeyriyyəçilik,insansevərlik,mərhəmət,Azərbaycan xalqının mentalitetinə,mədəniyyətinə,düşüncəsinə,əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq”.
Müstəqil və qüdrətli dövlət qurmaq xoşbəxtliyi yalnız güclü şəxsiyyət,qüdrətli lider yetişdirmiş xalqlara nəsib olur.Bu, tarixin sınağından çıxmış gerçəklikdir.Xalqı vahid milli ideya ətrafında birləşdirməyi bacaran lider onu öz müqəddəs arzularına qovuşdurmağa qadirdir.Heydər Əliyev məhz belə bir nadir şəxsiyyət və alternativsiz milli lider kimi XX əsrin sonlarında Azərbaycanı başının üstünü almış bütün bəlalardan qorudu,onun suverenliyini saxlaya bildi.Həmin dövrdə Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü.Ölkədə xaos,özbaşınalıq,anarxiya hökm sürürdü,siyasi və iqtisadi böhran dərinləşmişdi.Dərin böhranı aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi.Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda vardı.Çünki xalq hələ 1969-cu ildə hakimiyyətə gələndən sonra Heydər Əliyevin nəyə qadir olduğunu görmüşdü.Ulu Öndərin adını daşıyan Fond milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına xüsusilə köməklik göstərib.Bununla yanaşı, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirlər,elm,təhsil, mədəniyyət,səhiyyə və idmanın inkişafını təmin edən layihələr Heydər Əliyev Fondu tərəfindən daim dəstəklənib.Mehriban xanım rəhbərlik etdiyi Fond uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq,hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirib.Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilib.
“Bu gün mənim üçün tarixi,əlamətdar bir gündür.Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına,Azərbaycan xalqına hörmətimi,məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki,həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Orxan İsmayılov,

T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü

