Cəmiyyət 

Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub

Bu gün Dövlət Turizm Agentliyinin inzibati binasında I Qarabağ müharibəsinin iştirakçısı olmuş Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub.

ARANTV.AZ  xəbər verir ki, tədbirdə Agentliyin sədri Fuad Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, həmçinin şəhidin yaxınları iştirak edib.

Barelyefi memar Toğrul Ağayev hazırlayıb. Açılış mərasimi şəhidlərin yad edilməsi ilə başlayıb. Azərbaycanın dövlət himni səsləndirikdildən sonra çıxışlar olub.

Daha çox xəbərlər