Göyçayda bağbanlar nar yığımına başlayıblar
Göyçayda faraş nar yığımına başlanıb, qısa vaxtda bağlardan 58 ton məhsul tədarük olunub.
ARANTV.AZ xəbər verir ki, dərilən məhsul yerli və xarici bazarlara çıxarılır, qalan məhsul isə emal müəssisələrinə satılır. Cari mövsümdə rayonun nar bağlarında, xüsusilə daha çox bağları olan Bığır, Qarabaqqal, Alxasava ərazi dairələrində bol məhsul yetişdirilib.
Qeyd edək ki, narçılıq Göyçayda təsərrüfatın ənənəvi sahəsidir. Hazırda rayonda 3340 hektar nar bağı var ki, bunun da 3301 hektarı bar verir.

