Göyçayda xurma yığımına başlanılıb
Göyçay rayonunda kütləvi xurma yığımına başlanılıb və qısa vaxtda bağlardan 58 ton məhsul tədarük edilib. İstehsal edilən məhsul ilk günlərdən yerli və xarici bazarlara göndərilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Göyçayda 2111 hektar xurma bağı var. Bunun 1921 hektarı bar verir. Xurma bağları demək olar ki, rayonun bütün ərazisində, əsasən də Cəyirli, Potu, Qızılağac, Məlikkənd və bir sira digər ərazi icra nümayəndəliklərində yetişdirilir. Cari mövsümdə bağlardan bol məhsul gözlənilir.

