Siyasət 

Praqada “Avropa Siyasi Birliyi” liderləri zirvə toplantısı keçirilir – YENİLƏNİB + CANLI YAYIM

Praqada “Avropa Siyasi Birliyi” liderləri zirvə toplantısı keçirilir.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.

Zirvə toplantısından görüntüləri təqdim edirik:

09:30

Bu gün – oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” liderləri zirvə toplantısı baş tutacaq.

İclasa Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub.

Onların arasında Azərbaycan da var.

Ölkəmizdən başqa iclasda Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var.

Toplantının açılış mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq, 18:00-da isə ikitərəfli görüşlərə start veriləcək.

Mənbə: Consilium.europa.eu

Daha çox xəbərlər