Region Xəbərləri Təhsil 

Bəli , müəllimlik şərəfli olduğu qədər də çətin peşədir+fotolar

Biz MÜƏLLİMlər, təlim prosesi zamanı yaradıcı olmalı, qarşıya çıxacaq çətinlikləri öncədən görməli və təlim fəaliyyətnin istiqamətləndirməyi bacarmalıyıq. Səbirli olmalı, hislərimizi cilovlamağı bacarmalı, ciddilik ilə mərhəməti, mülayimliyi düzgün şəkildə uzlaşdırmalıyıq. Bütün bu xüsusiyyətlərə sahib olmaq üçün isə daim öz üzərimizdə çalışmalı, özünümaarifləndirmə ilə məşğul olmalıyıq.
Bəli , müəllimlik şərəfli olduğu qədər də çətin peşədir. Çünki, biz vətən üçün övlad, cəmiyyət üçün şəxsiyyət yetişdiririk. Dövlətin ən qiymətli kapitalı olan insan resursu ilə işləyirik. Bu işin çətinliyi də məhz bundadır. Çünki, insan emosional, dinamik, dəyişkən varlıqdır. Onlarla işləyərkən biz yalnız hazır təlimatlara uyğun şəkildə davrana bilmərik. Özümüz öz işimizdə yaradıcı olmalıyıq ki, istənilən bir çətin situasiya yarandığı halda çıxış yolu tapıb, istər təlim prosesini, istərsə də tərbiyə prosesini düzgün məcraya yönəldək.
Müəllim fəaliyyətinin məqsədi və nəticəsi öyrətməkdir. Bunun üçün ilk növbədə nəyi , nə zaman və necə öyrətməyi bilmək lazımdır.
Hər bir MÜƏLLİMə şərəfli və çətin yolda uğurlar arzu edirəm!
Leyla Məmmədova
Bərdə rayon 10 saylı körpələr evi, uşaq bağçasının müdirəsi

Daha çox xəbərlər