Region Xəbərləri 

Bu gün  09.10. 2020 ci il Süleymanov İlkin Mahir oğlunun Şəhadətə qovuşduğu gündür+Fotolar

Bu gün  09.10. 2020 ci il Süleymanov İlkin Mahir oğlunun Şəhadətə qovuşduğu gündür.Məkanın cənnət olsun Şəhidim.İlkin Mahir oğlunun 2-ci il dönümüdü.

Azərbaycan Ordusunun baş giziri olan İlkin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Süleymanov oktyabrın 9-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Süleymanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.[2]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Süleymanov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Süleymanov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.[4]

Şəhid Süleymanov İlkin Mahir oğlu
26-10-1983 cü ildə Bərdə rayon Kələntərli kəndində anadan olub.
Təltifləri:
Allah Şəhidlərimizə rəhmət eləsin!

Daha çox xəbərlər