Cəmiyyət 

Dünya əhəmiyyətli abidələrin dağıdılması dünya irsinə qarşı qəsddir

Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələrdir. İki əsrdən artıqdır ki, çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilmiş, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilmişdir. Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir. Əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaşayış məntəqələri, qəbiristanlıqlar, tarixi, mədəni abidələr vəhşicəsinə dağıdıblıb. İşğalçılar Azərbaycanın ən inkişaf etmiş şəhərlərində bir dənə də olsun salamat bina qoymayıb, hər şeyi talan ediblər. Qeyd etmək lazımdır ki ermənilər həmçinin işğal dövründə dini abidələri  məscidləri, monastırları, kilsələri dağıdıblar. Qarabağda vəhşiliyə məruz qalan yaşayış məntəqələrində erməni vandalları 27 il ərzində bütün evləri dağıb, təsərrüfatları məhv edib. Kənd qəbiristanlıqları da erməni vandalizminə məruz qalıb. Məzarlar dağıdılıb, məzar daşları uçurulub, cəsədlər qazılaraq çıxarılıb.

Ermənistan tərəfinin mədəniyyət obyektlərinə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”nın, “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının,  “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya”nın müddəalarını kobud şəkildə pozmuşdur.

Zəngin təbii və mədəni irsin, o cümlədən dünya əhəmiyyətli unikal abidələrin işğal altında olması əslində dünya irsinə qarşı qəsd demək idi.

Bu gün işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinə başlanılıb. İndi Qarabağ bölgəsində dağıdılan infrastrukturun bərpasına yönələn kompleks işlər aparılır, müxtəlif sahələrin dirçəldilməsi üçün təkliflər hazırlanır, tədbirlər planı təsdiq edilir.

Prezident İlham Əliyev qətiyyətlə bildirir ki, dəymiş hər bir ziyan hesablanır: «Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik”.

Bu onu göstərir ki, tezliklə o torpaqlarda hər şey əvvəlkindən də gözəl olacaq və vandallıqda əli olanlar bunun cəzasını çəkəcək.

Subhan Ərəbi,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər