Cəmiyyət 

Məcburi abort elətdirənə ÖMÜRLÜK CƏZA!

Gürcüstanda “məcburi abort” və qadının icazəsi olmadan hamiləliyin dayandırılması anlayışları Cinayət Məcəlləsinə daxil edilir.

ARANTV.AZ xəbər verir ki, bazar ertəsi parlamentin büro iclasına təqdim ediləcək qanun layihəsi Avropa Komissiyasının tövsiyələri əsasında hazırlanıb.

Məlumata görə, qanun gender bərabərliyinin gücləndirilməsi, həmçinin qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi daşıyır.

Qanun layihəsi qadının icazəsi olmadan hamiləliyin sonlandırılmasına görə 4 ildən 8 ilədək həbs cəzasını nəzərdə tutur.

Bu hal irqi, dini, milli və etnik ayrıseçkilik səbəbilə, həmçinin başqa cinayət hadisəsinin ört-basdır edilməsini, orqan nəqli məqsədilə törədilərsə, cinayət məsuliyyətinin ağırlaşdırılmasını nəzərdə tutur.

Qanun layihəsinə görə, qadının icazəsi olmadan aparılan abort onun ölümü ilə nəticələndikdə xüsusi amansızlıqla qətl halı kimi qiymətləndiriləcək və bu hala görə 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulacaq.

Gürcüstan Cinayət Məcəlləsinə dəyişiklikdən sonra qadını hamiləliyini başa çatdırmağa məcbur edilməsinə görə 2 ildən 6 ilədək, ağırlaşdırılmış şərtlərdə isə 7 ildən 11 ilədək həbs cəzası nəzərdə tutulacaq.

Daha çox xəbərlər