Cəmiyyət 

Mərhum bəstəkarın xaricə getməsinin səbəbi bəlli oldu

“Çox yaxşı qonşu idi”.

Bunu Oxu.Az-a açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın qonşusu deyib. Onun sözlərinə görə, mərhum bəstəkarın yoldaşı da bu yaxınlarda vəfat edib:

“O, tək yaşayırdı. Yoldaşı da bu yaxınlarda vəfat edib. 1 ili heç olmayıb. Övladlarının hər ikisi – qızı və oğlu xaricdə yaşayırlar. Yəqin ki, darıxdığı üçün qızına baş çəkməyə gedibmiş. Xəstəliyinin olub-olmadığından məlumatsızıq. Hər halda xəstəliyi olsaydı, bilərdik. Ruhu şad olsun. Çox yaxşı insan idi”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ötən gün 82-i yaşında dünyasını dəyişib.

Daha çox xəbərlər