Məşhur bloqer bu dəfə Azərbaycan mətbəxini lentə aldı – VİDEO
Məşhur səyyah və fud-bloqer Mark Vins Azərbaycanda səfərdə olarkən lentə aldıqlarını yutub hesabında paylaşıb.
ARANTV.AZ xəbər verir ki, çəkilişlər Bakının müxtəlif yerlərində baş tutub. Videonun əvvəlində şəhər haqqında məlumat verən bloqer Azərbaycan mətbəxinin müxtəlif yeməklərinin, xüsusən də kababın dadına baxıb və yediklərinin çox dadlı olduğunu bildirib.
Qeyd edək ki, Markın instaqramda 1,6 milyon, yutubda isə 10 milyona yaxın izləyicisi var. O, “The Eating Thai Food Guide” kitabının müəllifidir. Bloqer dünyanı gəzərək müxtəlif ölkələrin ənənəvi mətbəxini təqdim etməklə məşhurlaşıb. O, Amerikada dünyaya gəlib və Taylandda yaşayır.

