Siyasət 

Gəncə hadisələrində zərərçəkən: “Biz o gün sağ qalıb-qalmayacağımızı bilmirdik”

“Biz həmin gün sağ qalıb-qalmayacağımızı bilmirdik”.

ARANTV.AZ xəbər verir ki, bunu Gəncə hadisələrində zərərçəkənlərdən biri Rüfət Allahverdiyev Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, həmin gün yada düşəndə keçirdikləri hisləri ifadə edə bilmirlər:

“Həmin hadisələr zamanı mən özüm də hadisələri ictimailəşdirirdim. Lakin bizim yoldaşlar zərərçəkmiş kimi bizi də işıqlandırdılar. Həmin gecənin canlı şahidi olacağım ağlıma gəlmirdi. O gecə heç kim bilmirdi sağ qalacağıq, yoxsa yox. Amma sağ qaldıq və o dəhşətli gecənin ikinci il dönümünü xatırlayırıq. Məqsədimiz bu terroru törədənlərin cəzalandırılmasıdır”.

Daha çox xəbərlər