Azərbaycanda ICESCO-nun Regional Ofisi yaradılacaq
Azərbaycanda ISESCO-nun Regional Ofisi yaradılacaq.
ARANTV.AZ xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Deputatlar qeyd edib ki, regional ofisin yaradılması Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişafına töhfə verəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

