Ermənistan Qarabağ Azərbaycandır! reallığını rəsmən qəbul edir
Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi tarixə düşən Praqa görüşü ölkəmizin qətiyyətini və gücünü göstərdi. Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli formatda keçirilən görüş, Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi tarixə həkk oldu və ümumilikdə Praqa görüşünün nəticələri ölkəmizin milli maraqlarının təmin olunması baxımından böyük rol oynayacaq. Dünya növbəti dəfə ölkə başçımız, cənab Prezidentimiz İlham Əliyevin yüksək liderlik və siyasi bacarığına, müdrikliyinə, uzaqgörənliyinə, qətiyyətinə şahidlik etdi. Eyni zamanda bütün dünya növbəti dəfə Azərbaycan Türkiyə qardaşlığına, birliyinə şahid oldu.
Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən danışarkən Prezident qeyd etdi ki, Sülhə yavaş-yavaş yaxınlaşırıq. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə sülhə daha da yaxınlaşırıq. Cari dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunmuşdur.
Bu görüşlərin bir məqsədi var ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bunun ardı kəsilməməlidir. İşçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalıdır.
Qeyd edək ki, Praqada baş tutan bu görüşdə ölkəmizin maraqlarını təmin edən bəyanat qəbul edildi. Bu sənəddə olduqca mühüm məsələlər öz əksini tapdı. Ən başlıcası, Ermənistan baş nazirnin də imzaladığı bəyanatda Azərbaycanın ərazi bütövlüyü tanınır. Deməli, Ermənistan “Qarabağ Azərbaycandır!” reallığını rəsmən qəbul edir. Bəyanatda qeyd olunub ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıyarkən, BMT Nizamnaməsinə, 1991-ci il Alma-Ata bəyannaməsinə istinad edirlər. Bunun çox böyük əhəmiyyəti var. Çünki bu, iki dövlət arasında sərhədlərin delimitasiyası üçün unikal imkanlar yaradan bir razılaşmadır. Artıq bu istiqamətdə konkret addımların atılacağı istisna deyil.
Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu. İnanmaq istərdik ki, Ermənistan bu dəfə də iki ölkə arasında sülhün əldə olunmasını uzatmayacaq. Tezliklə regionda daimi sülh bərpa olunacaq.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

