Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının fəalları Vətən müharibəsində şəhidi Ədilov Səid Həsən oğlunun ailəsində olmuşlar.

Bu günlərdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın kollektivi və fəalları birlikdə şəhid Ədilov Səid Həsən oğlunun ailəsinə baş çəkmişlər.
Ədilov Səid 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycana genişmiqyaslı təxrbatlarına qarşı başlanan Vətən müharibəsində Suqovuşanın işğaldan azad ediməsi istiqamətində ön cəbhədə qəhrəmancasına döyuşərək şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Ədilov Səid Həsən oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Əbilov Səidin ailəsində olarkən YAP Bərdə rayon təşkilatın sədri Fəqət Şadlinskaya bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, güclü vahid Komandanlığı, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik işğala son qoyuldu. 2020-ci il ölkəmiz üçün əbədi var olacaq böyük Zəfər, Qələbə tarixidir . Məhz Səid kimi igid oğullarımızın sayəsində düşmən ordusu darmadağın edildi. Bugün qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz və xalqımız unutmur. Qəhrəman Səidin Vətən sevgisi və şanlı döyüş yolu bütün nəsillərə örnəkdir. Fəqət Şadlinskaya şəhid Səidin anası Əzizə Ədilovaya, atası Həsən Ədilova belə ogul böyütdükləri üçün təşəkkür etmiş, Səid kimi əsl Vətən oğulları ilə qürur duyduqlarını bildirmişdir.
İgid Səid Ədilovun ailəsi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun torpaqlarımızı mənfur düşməndən azad edərək şəhidlərimizin intiqamını aldığından söhbət açmış, ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə, qazilər dövlət səviyyəsində göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
YAP Bərdə rayon təşkilatının kollektivi şəhid Səid Ədilovun ailəsinin onun adına hazırladıqları ev muzeyində olmuş, ailənin çətinlikləri ilə maraqlanmış, müəyyən köməkliklər göstərmişlər.

Daha çox xəbərlər