Region Xəbərləri 

Ağdaşda doqquz ayda 29,6 min tondan çox tərəvəz məhsulları istehsal olunub

Ağdaş rayonunda cari ilin doqquz ayında tərəvəz məhsulları istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4445,2 ton artıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ilin məhsulu üçün Ağdaşda 215,6 hektar sahədə tərəvəz məhsulları, əsasən də pomidor, xiyar, kələm yetişdirilib. Mövsüm ərzində 63,6 hektarda təkrar tərəvəz bitkiləri əkilib. Torpaq mülkiyyətçiləri doqquz ayda əkin sahələrindən 29 min 603 ton tərəvəz məhsulları istehsal ediblər. Hər hektardan orta məhsuldarlıq 29,1 sentner artaraq 244,6 sentner olub.

Rayonda tərəvəz məhsulları daha çox Birinci Aral, Xosrov, Aşağı Zeynəddin, Qolqəti və bir sıra digər ərazi icra nümayəndəliklərində yetişdirilir.

Daha çox xəbərlər