Cəmiyyət 

Paytaxtın bu restoranlarında yararsız ətdən istifadə olunur – SİYAHI

Oktyabrın11-də ictimai-iaşə xidməti göstərən 31 müəssisədə həyata keçirilən monitorinq zamanı bunlardan 14-də ciddi nöqsanlar aşkar olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi ilə bağlı 29, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 20 nöqsan üzə çıxarılıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülüb.

ARANTV.AZ AQTA-ya istinadla nöqsanlar aşkar edilmiş ictimai-iaşə müəssisələrinin siyahısını təqdim edir:

“Bəyquzu Kabab Evi”

“Qəbələ” restoranı

“Cənnət Bağı” restoranı

“East Taun” restoranı

“Rose Police” kafesi

“Metropol” kafesi

“Burger House” kafesi

“Nağıl Bağ” restoranı

Sümayə” manqal dönər

“Altun Kapı” restoranı

“Nərgiz” şadlıq evi

“Ağ Zanbaq” restoranı

“Adana Lahmacun”

“Səma” restoranı

Daha çox xəbərlər