Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Sektor Müdiri Nurlana Həsənova Məktəbin Həyətində Qoyun-Quzu Saxlatdırır – VİDEO
Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbdə gülünc hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki , sözügedən məktəbin həyətində qoyun-quzu saxlanılır.
Əldə etdiyimiz məlumata görə, məktəbin həyətində heyvandarlıqla məşğul olan şəxs Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovadır.
Qoyun-quzu Nurlana xanıma məxsusdur.
Məktəb həyətində otarılan heyvanlarla bağlı saytımıza daxil olan görüntüləri təqdim edirik:
Mətbuatda gedən məlumata görə, Nurlana Həsənova Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin yaxın qohumudur.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. //32 gün.az//

