YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri şəhər 5 saylı tam orta məktəbdə keçirilmişdir.
“İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, şəhər 5 saylı tam orta məktəbin direktoru Teymur Həmidovun təşkilatçılığı ilə ” Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilmişdir.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir Ulu öndər Heydər Əliyevin səsi ilə verilmiş Azərbaycan dövlətinin ərazi bütövlüyü və müstəqilliyinin möhkəmləndirilməsi ilə bağlı fikirləri ilə başlamışdır. Teymur Həmidov çıxış edərək qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi kimi adını tariximizə, həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazmağı bacaran bir şəxsiyyət olub. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarından, onun xilaskarlıq missiyasından və əbədiyaşarlığından, bugün ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirərək böyük Zəfərlərə, qələbələrə imza atmasından danışmışdır.
Sonra YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri -rayon İcra Hakimiyyətinin nümayəndəsi Şəmsiyyə Abbaszadə, şəhər 5 saylı tam orta məktəbin direktor müavini Zərifə Məmmədova, həmçinin Daxili Qoşunların zabiti Zülfüqar Quliyev çıxış edərək bildirmişlər ki, ölkədə qazanılan bütün nailiyyətlər, qələbələrin əsasında Ümummilli Lider Heydər Əliyevin nurlu ideyaları dayanır, bütün Azərbaycan xalqı bu ideyaları layiqincə yerinə yetirərək dövlətimizi dünyada nüfuz sahibinə çevirən cənab İlham Əliyevin ətrafında sıx birləşib.
Sonda məktəbin şagirdləri ulu öndər Heydər Əliyevə həsr edilmiş kompozisiya nümayiş etdirmişlər.







