Gündəm 

Yeni dövrün lideri

Dahi və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Heydər Əliyevin tarixi Ulu Öndər, Azərbaycan xalqının obrazı xalqımızın yaddaşında və xilaskarı, dahi şəxsiyyət qəlbində əbədi iz salmışdır.

Öz əsrinin az qala yaşıdı olan Heydər Əliyevin adı ilə milli tariximizin böyük mərhələləri – II dünya müharibəsi dövrü, müharibədən sonrakı 1950-1960-cı illərin mülayimləşmə dövrü, 1970-1980-ci illərin Azərbaycanın böyük iqtisadi və mədəni dirçəliş dövrü, ən nəhayət müstəqillik epoxası, Müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı dövrü qırılmaz tellərlə bağlıdır. Azərbaycanın müasirliyi, müasir Azərbaycan varlığı bilavasitə Heydər Əliyevin  ideya və ideallarının, amal və əməllərinin nəticəsidir.

XX əsr Azərbaycan tarixinin ən parlaq, sürəkli, möhtəşəm səhifələri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ömrü bəşər tarixinin ən mürəkkəb, təlatümlü, inqilablar epoxası olan XX yüzilin misilsiz tərəqqi və sıçrayışlarının da, görünməmiş bəlalarının da bilavasitə şahidi və tərcümanıdır. 10 may 1923-cü ildə qədim Naxçıvan torpağında dünyaya gəlmiş, 2003-cü ilin 12 dekabr gününəcən zəngin, təkrarsız ömür yaşamış dünya miqyaslı tarixi şəxsiyyətin həyatı Azərbaycan xalqının mücəssəm salnaməsidir. Heydər Əliyevin bioqrafiyası bütünlükdə xalqının həyatına qovuşmuş, ona yeni məna-məzmun gətirmiş, millətin taleyinə çevrilərək onu təmsil etməyə başlamış, ən nəhayət, Müasir Azərbaycanı yaratmışdır.

Heydər Əliyev bizim müasirimizdir. Ulu Öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq.Bu gün də biz bunu belə hiss edirik.

Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev yolunun varisi, Ulu Öndərin dönməz siyasi kursunu XXI əsrdə inamla davam etdirən İlham Əliyev deyir: “Azər-baycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Tarixi bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi is-tiqaməti xalqın milli özünüifadəsinin bütün forma və va-sitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının ger-çəkləşdirilməsi ilə səciyyələnmişdir”.

Azərbaycan Prezidenti İlham Əliyevin təsbit etdiyi kimi: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına

Tarixilik – Heydər Əliyev siyasi şəxsiyyətinə sarsılmaz və əlahiddə cazibədarlıq verən xüsusiyyətdir, desək, yəqin ki, səhv etmərik. O, həqiqətən də, tarixi şəxsiyyətdir. “Heydər Əliyev Azərbaycanın dünəni, bu günü və sabahıdır” deyimi quru şüarçılıq olmayıb, ictimai fikrimizin ən böyük siyasi inanclarından birini əks etdirir. Bu inanc bəşər övladına xas ən ibtidai və ən qədim arzular olan yenilməzlik və ölməzliyin bədii inikası qədər mifoloji və əfsanəvi çalarlar daşıyır. Lakin Heydər Əliyev əsatiri gerçəkliyə dayanan mifdir, bir qədər banal səslənsə də, belə demək daha düzgün çıxar ki, o, Azərbaycan xalqının canlı əfsanəsidir. Bu, 70 il müstəmləkə əsarəti altında yaşamağa məhkum olmuş bir xalqın nəhəng imperiya idarəçiliyinin zirvəsinə yüksəldiyi özünütəsdiq əfsanəsidir. Bu, azadlıq təşnəsi olan bir xalqın müstəqilliyini onun üçün faktiki siyasi mövcudluq həddinə qaldırmış, ona dövlətçilik vermiş triumfal bir şəxsiyyətin əfsanəsidir. Heydər Əliyev obrazının mifik dəyəri ictimai şüurda bununla da məhdudlaşmır, o, Azərbaycanın daha işıqlı gələcəyinin ən etibarlı təminatı ucalığında dərk edilir. Tarixilik burada sadə xronoloji məfhum olmaqdan çıxır, onun sərhədləri Heydər Əliyevin Azərbaycana bəxş etdiyi tarixi olayların əhəmiyyəti ilə müəyyən olunur. Bu, elə bir siyasi – ictimai parametrdir ki, Azərbaycan tarixində Şah İsmayıl Xətaini istisna etsək, xalqımız hələ heç kimə Heydər Əliyevlə rəqabət aparmaq haqqı verməyib və yəqin, hələ uzun zaman da verməyəcək.

“Heydər Əliyev Azərbaycanın dünəni, bu günü və sabahıdır” deyimi quru şüarçılıq olmayıb, ictimai fikrimizin ən böyük siyasi inanclarından birini əks etdirir.

Heydər Əliyev siyasi obrazının mühüm əlaməti, zənnimizcə, onun səmimiliyidir. İstər sovet dövründə, istərsə də dövlət müstəqilliyimizin bərpasından sonra o, misli görünməmiş bir səmimiyyətlə Azərbaycan xalqının qalxınması, tərəqqisi uçün əlindən gələni əsirgəmədi.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.

Azərbaycan Prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir.

Fəridə Cəfərova,
Xətai rayon Mərkəzi Kitabxana Sisteminin Böyük metodisti

Daha çox xəbərlər