Salyanda bostan sahələrindən 17 min tondan çox məhsul yığılıb
Salyan rayonunda 2022-ci ilin məhsulu üçün 991 hektar sahədə bostan bitkiləri əkilib və 17 min 968,4 ton məhsul toplanılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ötən illə müqayisədə bu il yığılan məhsul 1245,4 ton və ya 7,4 faiz çox olub. Belə ki, 663 hektar sahədən 12 min 392,4 ton qarpız, 328 hektar sahədən 5 min 576 ton yemiş tədarük edilib.

