Neftçalada tərəvəz sahələrindən 1600 tondan çox məhsul yığılıb
Neftçalada kənd təsərrüfatının əsas sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr qazanılıb. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan, o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər bol məhsul tədarük ediblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Neftçala rayonunda əkilən 148,3 hektar tərəvəz bitkiləri sahəsindən 1603,9 ton tərəvəz toplanılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 52,7 ton çoxdur. O cümlədən sahələrdən 150,7 ton bibər, 360,4 ton xiyar, 535 ton badımcan, 337,2 ton pomidor, 104,3 ton qabaq, 31,9 ton sarımsaq, 24,6 ton soğan, 59,8 ton digər tərəvəzlər yığılıb. Tədarük prosesi davam edir.

