Gündəm 

Ulu Öndərin layiqli davamçısı

Azərbaycan xalqının taleyində böyük xidməti olan dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev xalqımızın ən çox güvəndiyi siyasi lider, böyük tarixi şəxsiyyət idi. Ulu Öndər xalqına güvəndiyi kimi xalq da həmişə öz liderinə sonsuz inam hissi bəsləmişdir. 2003-cü ildə səhhəti ilə əlaqədar növbəti Prezident seçkilərində namizədliyini geri götürən dahi şəxsiyyət elə bir önəmli tarixi qərar verdi ki, hamı onun bu qərarının nə qədər düz və önəmli olduğunu illər sonra daha yaxşı anlayacaqdı. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürərkən bildirmişdir ki, üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev axıra çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”

Bütün Azərbaycan xalqı və dünya azərbaycanlıları ulu öndər cənab Heydər Əliyevin öz layiqli varisi İlham Əliyevə göstərdiyi inamın və güvənin şahidi oldular. Ulu öndər cənab İlham Əliyev haqqında: “Mən ona inanıram” dedi. Bununla da cənab İlham Əliyevin çiyninə ağır bir yük qoymuş oldu. Bu fikir elə bir məqamda deyilmişdi ki, həmin vaxtda torpaqlarımızın 20 faizi düşmən tapdağı altında idi. Həm xarici, həm də daxili düşmənlər öz planlarını həyata keçirmək üçün fürsət gözləyirdilər. Həm də ulu Öndərin səhhətində yaranmış problem də vəziyyəti daha da gərginləşdirirdi. Lakin Azərbaycan xalqı ulu Öndərə sonsuz sevgisini və onun davamçısına olan inamı, bəslədikləri etimadı 15 oktyabrda cənab İlham Əliyevə səs verməklə nümayiş etdirdilər. Xalq İlham Əliyevə səs verməklə sabitliyin qorunmasına səs vermiş oldu. Bununla bir daha sübut olundu ki, xalq öz rəhbərininə , öz liderinə inanır və onun hər sözünün xalq üçün nə qədər dəyərli olduğunu nümayiş etdirir.

Cənab İlham Əliyev hakimiyyətə gələndən sonra ölkə iqtisadiyyatını gücləndirmək üçün düzgün siyasi xətti davam etdirdi. Çünki Ulu Öndər demişdir: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”

Ulu Öndərin hər kəlamı, hər nəsihəti, hər sözü bir mayak kimi öz davamçısına yol göstərdi sanki. Azərbaycanda ordu quruculuğunun, iqtisadiyyatın, daxili və xarici siyasətin inkişafı nizamlanmış xətt üzrə davam etdirirlirdi. Bu davamlı inkişaf xarici ölkələrin Azərbaycana marağının artmasına səbəb oldu. Azərbaycanda neft və qaz hasilatı əhəmiyyətli dərəcədə artdı. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ildə fəaliyyətə başladı. “Cənub Qaz Dəhlizi” layihəsinin təməli 2014-cü il sentyabrın 20-də qoyuldu. Bu layihə Azərbaycan qazının Avropaya nəql olunmasına şərait yaradır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynadı. Bakı-Tiblisi-Qars dəmir yolunun açılışı Asiyanı Avropa ilə birləşdirməyə xidmət etmək üçün nəzərdə tutulub. Azərbaycan neftinin birbaşa dünya bazarına çıxaran Bakı – Tbilisi – Ceyhan neft kəməri kimi nəhəng layihələrin icrası böyük əhəmiyyətə malikdir.

Hərbi sahədə də çox böyük işlər İlham Əliyevin dövründə də davam etdirildi. Peşəkar hərbçilərimiz dünya ölkələrinin təcrübəsini öyrənmək üçün müxtəlif təlimlərə qatılıb peşəkarlıqlarını daha da artırdılar. Bunun nəticəsini həm 2016-cı ildə “Aprel döyüşləri”ndə , həm də 2020-ci ildə 44 günlük II Vətən müharibəsində gördük. Cənab İlham Əliyev Ulu Öndərin elə bir arzusunu gerçəkləşdirdi ki, bu, tariximizin ən şanlı səhifəsi oldu. 30 ilə yaxın müddətdə aparılan siyasi mübarizələr , nəhayət, öz bəhrəsini verdi. Müzəffər Ali Baş Komandan Qarabağın düşmən tapdağından azad olunmasından ötrü əmr verdi. Müzəffər ordumuz hərəkətə keçdi. Bir zamanlar Ulu Öndərin güvəndiyi xalq bütün varlığı ilə cənab Ali Baş Komandanın ətrafında sıx birləşdi. Nəticədə Qarabağ azad olundu və cənab İlham Əliyevin dediyi bir cümlə bütün dünyaya səs saldı: “Qarabağ Azərbaycandır!”

İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturunun yaradılması və əhalinin doğma torpaqlara qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Doğma Qarabağ torpaqları görülən böyük işlərdən sonra abad olacaq, orada məktəblər, kitabxanalar, tibb müəssisələri tikiləcək. Əhali köçüb öz əvvəlki həyatına davam edəcək. Bütün bu işlər uzaqgörən bir liderin gördüyü işlərin nəticəsi olaraq qiymətləndirilməlidir.

Günel Səmədova,
Bakı şəhəri, Xətai rayonu 221 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər