YAP Bərdə rayon təşkilatında YAP-ın yaradılmasının 30 illiyi münasibətilə şahmat yarışı keçirilmişdir.
YAP Bərdə rayon təşkilatının rayon Gənclər İdman idarəsi və Bərdə Regional ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr edilmiş şahmat yarışı keçirilmişdir.
Yarışdan öncə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə təbrik etmiş, YAP-ın dövlət müstəqilliyimizin möhkəmləndirilməsində yeri və rolundan danışmış, onlara uğurlar arzulamışdır.
Rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli, Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva, UGŞM-in müəllimi Əbülfət Məmmədov Ulu öndər Heydər Əliyevin nurlu ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının ümumxalq Partiyasına çevrilməsindən danışaraq bayram münasibətilə gəncləri təbrik etmişlər.
Yarış püşkatma ilə başlamışdır. Rayonun fəal gənclərini, 14-35 yaş arası gəncləri əhatə edən yarış dairəvi üsulla keçirilmişdir.
Sonda qaliblər- birinci yer tutmuş Fəxri Əliyev, ikinci yer tutmuş Turqay Baxşalıyev, üçüncü yerin qalibi Elvin Hüseynov təşkilatçılar tərəfindən Diplom və qiymətli hədiyyə ilə mükafatlandırılmışlar.






