Cəmiyyət 

Yeddi heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “İki sahil”ə verilən məlumata görə, oktyabrın 13-də agentliyin əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Göyçay, İsmayıllı, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar yeddi heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, səkkiz məntəqədə kəsim qurğuları sökülüb, altı məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr haqqında http://afsa.gov.az/az/media/news_details/3440  linkindən məlumat almaq mümkündür.

Daha çox xəbərlər