Region Xəbərləri 

BƏRDƏ KOMANDASI ZONA ÜZRƏ QAlIB OLDU!

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə YAP Mərkəzi Aparatı və Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən zona üzrə mini futbol yarışının ikinci turunda YAP Bərdə rayon təşkilatının komandası püşkatma nəticəsində ard arda güclü oyun nümayiş etdirərək Ağdam və Tərtər komandalarina qələbə çalıb! Tərtər Olimpiya Kompleksində keçirilən yarışlarda Bərdə Şuşa komandasına 5:0, Ağdam komandasına 3:2, Tərtər komandasına 2:1 hesabına qalib gəlmişdir! Bərdə mini futbol komandası zona üzrə qalib oldu! Yarışdan sonra Tərtər Olimpiya Kompleksinin qarşısında qalib Bərdənin futbolçu gəncləri ilə görüşən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya onları bu qələbə münasibətilə təbrik etmiş, növbəti yarışlarda onlara uğurlar arzulamışdır. Gənclər yarışın təşkili üçün YAP ailəsinə təşəkkürlərini bildirmişlər. Hər zaman qələbənizə sevinək, uğurlarınız davamlı olsun, əziz gənclər! YAŞASIN YENI AZƏRBAYCAN PARTIYASI!

Daha çox xəbərlər