Binəqədidə motosikletçini avtomobil vurub

Binəqədidə motosikletçini avtomobil vurub

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1993-cü il təvəllüdlü Həsənov Tural Mətləb oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.