Hadisə 

Avtomobilin vurduğu piyadanın barmağı amputasiya olunub

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Vahabova Gülgəz Əligülşad qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ əlin birinci barmağının natamam amputasiyası və bədənin çoxsaylı əzilmiş-sıyrılmış yaraları diaqnozu qoyulub.

Əməliyyat nəticəsində qadının barmağı amputasiya olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər