Cəmiyyət 

Azad olunmuş ərazilərimizdə şanlı bayrağımız dalğalanır

2 il öncə bir dastan yazıldı. Bu dastanı yazanlar sonsuzluğa qovuşarkən yazılanı yaşayanlar bu qururu daima hər üeydən ustun tutdu.30 ildir qamayam yaramız Qarabağ artıq azadlığını dünyaya bəyan etmiş,Azərbaycanın qırıq qanadı yenidən uçmağa başlamışdı. Dillərə dastan 44 gün yaşadıq 2il əvvəl və bu gün də eyni həyəcanla,eyni qururla xatırlayır böyükdən-kiçiyə bütöv Azərbaycan həmin günləri.

Azərbaycanın mübarizləri Vətənin namusunu, şərəfini qanı bahasına qorudu. Bəylik paltarı arzulayan analar,gecə-gündüz ata yolu gözləyən körpələr,nişan üzüyü barmağında möhürlənən gəlinlər göz yaşlarını içlərinə axıdıb,dik durdular,dağ boyda dərdini boğub düşmənə göz dağı verdilər.dünyanın hər yerindən Azərbaycan havasını udan, Azərbaycanlı sözünə sahib olan hər kəs səfərbər oldu və imkansızı bacardı.

Bu gün Qarabağımın azadlığının 2-ci ildönümüdür. Bu gün,yenə eyni qururla, eyni sevinclə qeyd edirik bu bayramı.

Azərbaycanın qədim tarixinə nəzər salsaq görərik ki,əsirlər əvvəl vətənimə göz dikən qonşular öz arzularına çatmız Azərbaycanın mərhəmətinə sığınaraq özlərinə yeni dövlət qurmuşlar.Təkcə məvhur düşmən özünə məskən qurarkən möcüzələr diyarı Azərbaycanın qanadını qanadaraq qoparmış və tam 30 il bu yaranın sağalmağına imkan verməmişlər. Əllərinə fürsət düşən kimi bu yaranın qarsağını qopardıb yenidən al qana boyamışlar.
Sonuncu dəfə 2020-ci il sentyabr ayında səbir kasas dolub daşan vətənin mübarizləri,bu vəhşətə dur demiş,tökülən qanlara artıq göz yummamışlar.bu coşğuya dəstək olmaq,bu əsarətə son qoymaq üçün səfərbərlik elan edilməsini gözləmədən hərbi sıralara yollanan oğullar “Dəmir yumruq” kimi birləşib düşmənin başını əzdi. Əsirlikdən xilas etdikləri vətən torpaqlarına Şanlı Bayrağımız sancıldı. Bu qürar xalqı daha da gücləndirdi.2cəbhədən mübarizə apardi Azərbaycan.Oğuııar ön cəbhədən əldə silah top,tüfəngə sinə gərdi,arxa cəbhədə isə ana-bacılar,ağsaqqal atalar öz qəhrəmanlarına dəstək oldu.bu Qələbə sadəcə silahla,top tüfənglə qazanılmadı,göylərə göndərilən dualar,Allaha açılan əlləri Rəbbim boş qaytarmadı.

Bəli,bu gün artıq bizim sağlam,qürurlu,başı dik, üzü ağ bir Azərbaycanımız var. Bizə bu xoşbəxtliyi yaşadan qəhrəmanlarımızın haqqını ödəmək mümkün deyil.

Gözün aydın Azərbaycanım, nazlı Şuşam, gözəl Zəngilanım, Şəfalı Kəlbəcərim, səfalı Cəbrayılım, Ağdamım,qədimdən qədim Füzulim, Qubadlım. Dirçəlişin mübarək Xudafərinim, Xarı Bülbülüm, musiqi beşiyi Qarabağım,şairlər kəlamı,mahnılar bəzəyi Laçınım AZADLIĞIN MÜBARƏK.

İndi Şuşanın başıqarlı dağları,Qarabağ gözəli,başqa torpaqlarda yaşamaqdan imtina edən Xarı Bülbül,min bir dərdin dərmanı İstisu, Cənnət Qarabağ artıq əmin əllərdədir. Artıq Qarabağın hər torpağı,hər daşı,havası,suyu,günəşi,küləyi,yağışı,qarı, Qanla çəkilmiş Sərhədləri öz döğma övladlarına əmanətdir.

8  NOYABR təkcə azadlıq,QƏLƏBƏ günü deyil,Vətənin millətin,qundaqdakı körpədən,ahılına gəncinə hər bir Azərbaycanlının Qürür bayramıdır.

Ən şərəfli, ən qürülü bayramın mübarək Azərbaycan!

Ülviyyə Əliyeva,
288 saylı Körpələr evi /Usaq baxaçasında tərbiyəçi

Daha çox xəbərlər