Prezident İlham Əliyevin 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı
Birinci Qarabağ müharibəsinin dayandırılması üçün Qırğızıstanın paytaxtı Bişkekdə bağlanmış saziş Ermənistanla Azərbaycan arasındakı toquşmaları dayandırsa da təmas xəttində insan ölümlərinin qarşısını ala bilmədi.
ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar əslində münaqişəni sona çatdırılmalı və tərəflər arasında sülh danışıqlarından real sülhün əldə edilməsinə keçilməli idi. Ancaq tərəflərin bütün görüşləri hər zaman ermənilərin işğalçılıq niyyətlərinə görə baş tutmurdu.
Azərbaycan münaqişəni özü həll edib.
BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı bütün qətnamələri erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal tamamilə və qeyri –şərtsiz çıxarılmasını tələb etsə də Ermənistan müxtəlif bəhanələrlə bu tələbləri yerinə yetirməkdən boyun qaçırırdı. Azərbaycan xalqının isə səbr kasası dolmuşdu. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ayağa qalxdı. Azərbaycan Beynəlxalq hüquqa BMT–nin nizamnaməsinə o cümlədən hər bir ölkənin özünü müdafiə hüququna malik olmasını nəzərdə tutan BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.
Vətən müharibəsi başa çatdıqdan sonra da ermənilərin torpaqlarımıza hücümu dayanmadı. Bu ilin sentyabr ayında Azərbaycan –Ermənistan sərhəddi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri Azərbaycana qarşı aparılan terrordur.
Azərbaycanın Ermənistan ərazisini işğal etmək niyyəti olmayıb. Ermənistanın nə bir şəhəri, nə də bir kəndi işğal olunmayıb. Rusiya tərəfinin vasitəçiliyi ilə silahlı toqquşmalar dayandırıldı .
6 oktyabr tarixində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dörd tərəfli görüş təşkil olundu. Azərbaycana nümayiş etdiyi xoş mərama baxmayaraq Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbul olunmaz, yalan xarekterli bəyanatlarla çıxış etdi.
Lakin Azərbaycan bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Biz özünü müdafiə hüququndan istifadə edərək ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.
2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə üç tərəfli Bəyanat qəbul edildi. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, lakin Ermənistan öhdəsinə düşən vəzifələri düzgün yerinə yetirmir. Əgər Ermənistan öz üzərinə düşən vəzifələri yerinə yetirməsə bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq!
Anar Baxşalıyev – Bərdə rayon Piyadalar kənd tam orta məktəbin direktoru

