Gəncə sakini naməlum şəraitdə bıçaqlandı

Gəncə sakini naməlum şəraitdə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.

1984-cü il təvəllüdlü Elbəy Əlizadə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyata götürülüb, vəziyyətinin kafi olduğu bildirilir.

38 yaşlı kişinin hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.