Binəli Yıldırımdan Azərbaycana təbrik – FOTO
Türkiyənin sabiq baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycana təbrik ünvanlayıb.
B.Yıldırım bununla bağlı öz “Twitter” hesabında paylaşım edib:
“Can Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü təbrik edir, qardaşlarımı məhəbbətlə salamlayıram”.

