Meşə fındığının ixracı artıb
Yanvar-sentyabr aylarında 13,5 min ton meşə fındığı ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meşə fındığının dəyəri 73 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 57,2 milyon dollar olmaqla 9888 ton meşə fındığı ixrac edilib.

