Region Xəbərləri 

Kənd təsərrüfatı məhsullarının istehsalı 3 faiz artıb

Cari ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 8 milyard 919,4 milyon manat təşkil edib, onun da 3 milyard 892,8 milyon manatı heyvandarlıq, 5 milyard 26,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 3 faiz artım olub.

Daha çox xəbərlər