Cəmiyyət 

Mətbuat Şurasının yeni İdarə Heyəti ilə ilk görüş – FOTOLAR

Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib.

ARANTV.AZ  xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, MŞ-nın İdarə Heyətinin üzvləri, Vətən müharibəsində iştirak edən media nümayəndələri iştirak ediblər.

Tədbir 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhunu yad etməklə başlayıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sevindirici haldır ki, Mətbuat Şurasının yeni İdarə Heyətinin ilk görüşlərindən biri məhz müharibə iştirakçısı jurnalistlərlə oldu: “Mətbuat Şurasının tərkibində müharibə iştirakçısı jurnalistlərin birliyi yaradılacaq. Bu məsələ İdarə Heyətinin iclasında müzakirə olunduqdan sonra qərar qəbul ediləcək. Həmçinin, müxtəlif mətbuat tədbirlərində müharibə iştirakçısı jurnalistlərin iştirakının təmin edilməsi nəzərdə tutulur. Qələbənin əldə olunmasında jurnalistlərin xüsusi rolu olub. Eyni zamanda ayda bir dəfə müharibə iştirakçısı jurnalistlərlə görüşlərin keçirilməsi nəzərdə tutulur”.

MŞ-nın İdarə Heyətinin üzvü, Modern.az saytının rəhbəri Elşad Eyvazlı Vətən müharibəsində iştirak edən jurnalistlər haqqında kitab yazılmasını təklif edib: “Vətən müharibəsi iştirakçısı jurnalistlərinin müsahibələri əsasında kitab nəşr edilməsi və kitaba audi disk əlavə edilməsini təklif edirəm”.

İTV-nin müxbiri Xanlar Mehdiyev 44 günlük müharibədə iştirak edən jurnalistlərə dövlət səviyyəsində mükafat verilməsini təklif edib.

Görüşdə jurnalistlərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı məsələlər də müzakirə olunub.

 

Daha çox xəbərlər