Region Xəbərləri Təhsil 

18 oktyabr Müstəqilliyin Bərpası Günüdür

18 oktyabr “Müstəqilliyin bərpası Günü”Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbində  böyük təntənə ilə qeyd edilmişdir. Şagirdlər “Müstəqiliyin Bərpası Günü” haqqında tarixi faktları söylədi , daha sonra şer kompazisiyaları ilə tədbir yekunlaşdı.
“Müstəqilliyin Bərpası Günü”nün tarixinə nəzər salsaq qeyd etməliyik ki,
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktına əsasən Azərbaycan xalqı həmin tarixdə öz müstəqilliyini bərpa etmişdir.
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir !

Daha çox xəbərlər