Cəmiyyət 

Şəhidimizin atası ilə son danışığı YAYILDI – VİDEO

30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız iki il öncə, sentyabrın 27-də başladılan əks-hücüm əməliyyatı nəticəsində 44 gün ərzində addım-addım azad olunub. Torpaqlarımız yeni tarix yazan igid əsgərlərimizin qanı, canı bahasına azadlığa qovuşub. İkinci Qarabağ döyüşlərinin igid şəhidlərindən biri də leytenant Ənvər Əliyevdir.

Şəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOARANTV.AZ  xəbər verir ki, onun atasıyla son danışığı sosial şəbəkələrdə yayılıb.

Şəhidin “Sağ qalsaq, görüşərik” sözləri eşidənləri kövrəldib.

Şəhid Ənvər Əliyev kimdir?

Əliyev Ənvər Nizami oğlu 4-iyun 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayon Axaməd kəndində anadan olub. 2003-cü ildə doğulduğu Axaməd kəndində 1-ci sinifə daxil olub. Məktəbdə nizam-intizam, öz savadı ilə seçilib. Ənvər, 9-cu sinfi bitirərək, 2012-ci ildə Naxçıvan şəhərindəki “Heydər Əliyev adına” hərbi liseyə daxil olub.

Dərslərində fəallığı, nizam-intizamı, vətənpərvərliyi, mənəvi keyfiyyətləri ilə seçilən Ənvər kursant kimi neçə-neçə Fəxri fərmanlara, medallara, təşəkkürnamələrə və “İlin ən yaxşı kursantı” adına layiq görülüb. Kursant kimi Hərbi liseyi gümüş medalla bitirib və hərbi liseyin nümunəvi tələbələrindən biri olduğu üçün Ənvər 2015-ci ildə Türkiyənin Ankara şəhərindəki “Kara Harp Okulu”na (Quru qoşunları məktəbinə) təhsilini davam etdirmək üçün göndərilib. 2016-cı ildə Vətənə qayıdaraq, təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində davam etdirib.

Təhsilini 4 il burada davam etdirib, 2020-ci ilin may ayında həmin məktəbi “leytenant” rütbəsi ilə bitirib.

1 iyul 2020-ci il tarixində Tərtər rayonunda “N” saylı hərbi hissədə leytenant olaraq xidmət etməyə başlayıb. İlk günlərdən müharibənin ən fəal iştirakçılarından biri olub. “Vətən müharibəsində” Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə hünər göstərən Ənvər Əliyev, oktyabrın 14-də Talış yüksəkliyində 2 əsgəri ilə birgə top mərmisindən şəhid olub.

Əliyev Ənvər, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda “Şəhidlər xiyabanında” dəfn olunub. Ölümdən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə”, “Vətənə xidmətə görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Şəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEO

Daha çox xəbərlər