Cəmiyyət 

Biz Füzuliyə qayıtmışıq!

Vətən müharibəsinin ən ağır döyüşlərindən biri Füzuli rayonu uğrunda gedən döyüşlər olmuşdur. Çünki düşmən bu rayon ərazisində çox ciddi istehkamlar qurmuşdu. Hətta bəziləri Füzuli rayonun azad edilə biləcəyinə inanmır, bəzi hərbi ekspertlər isə rayonun azad olunması üçün aylarla vaxt lazım olacağını bildiridilər. Lakin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Düşmənin müdafiə xəttini yarmaqla Azərbaycan Ordusu qədim yaşayış məskənimiz olan Füzulini işğaldan azad etməklə yanaşı mühüm strateji üstünlüklər də qazanmış oldu. Prezident cənab İlham Əliyev Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalını təsis edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusunu təltif etmişdir.

16 noyabr 2020-ci ildə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuli şəhərinə gəldilər. Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bütün bunlar Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı. Prezident İlham Əliyev çıxışında  belə deyirdi “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Biz Ermənistan ordusunu çökdürdük”

Daha sonra Ali Baş Komandan cənab İlham Əliyev16 noyabr 2020-ci ildə Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoymuşdu. Prezidentimiz İlham Əliyev ümumilikdə 9 dəfə  Füzuli rayonuna səfər etmiş və bu səfərlər zamanı çoxsaylı obyektlərin təməli qoyulmuş, eyni zamanda, açılış mərasimləri baş tutmuşdur. Bu obyektlərdən Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini xüsusilə qeyd etmək olar. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir.

27 sentyabr 2022-ci ildə Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna növbəti dəfə səfər etdilər. Prezidentimiz çıxışında “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır” deyirdi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev verdiyi bütün sözləri yerineə yetirir və xalqımız da bunların şahididir. Prezidentimiz bütün işğaldan azad olmuş torpaqlarımızda genişmiqyaslı yenidənqurma və bərpa işləri  aparır. Füzuli rayonunda yeni yaşayış binalari, xəstəxana tikilib, yollar. elektrik xəttləri çəkilib, iş yerləri və.s açılıb. Hal-hazırda doğma yurd-yuvalarına həsrət qalan fizulililərin bir qismi mərhələlərlə öz torpaqlarına qayıdırlar. Beləliklə, Füzuli həyatının yeni çiçəklənən dövrünə qədəm qoyur.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatının fəalı

Daha çox xəbərlər