AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, 4 MEDALLI, 22 YAŞININ TAMAMINDAN BİR HƏFTƏ SONRA VƏTƏN YOLUNDA CANINI FƏDA EDƏN, OKTYABRDA DOĞULUB, OKTYABRDA DA-ŞƏHİD OLAN ELYAZ VƏLİ OĞLU QARAYEV…-FOTOLAR
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Xocavənd döyüşlərində savaşıb. Oktyabrın 28-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Bərdədə torpağa tapşırılmışdır.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.[7]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.[9]
- (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)[10]
- (25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)[11]
- (25.12.2020) — “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)[8]
- (18.12.2020) — “Cəsur döyüşçü” medalı (ölümündən sonra)[9]




