Qubadlının azad olunması Zəfərə gedən yolda mühüm qələbə oldu
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir.94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina,148 sosial obyekti,161 mədəniyyət obyekti,7 məscid,16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır.1080 ədəd kənd təsərrüfatı obyekti,650 km avtomobil yolu, 2 su anbarı,150 km magistral su xətləri,4830 km elektrik xətləri,165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi,4 yol idarəsi,18 ədəd dəyirman,4 ədəd su nasos stansiyası,120 ədəd elektrik yarımstansiyası və transformatorlar erməni vandalları tərəfindən tamamilə dağıdılmışdır. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir.Səthi əsasən dağlıqdır.Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə,Şimaldan Laçın rayonu,Xocavənd rayonu,şərqdən Cəbrayıl rayonu,cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.“Yazı düzü”,“Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır.İşğala qədər bundan 14956 hektarı əkin,850 hektarı çoxillik bitki,631 hektarı biçənək,17192 hektarı örüş-otlaq,543 hektarı həyətyanı,13160 hektarı meşə,582 hektarı bağ və üzümlüklər idi.Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.
44 günlük İkinci Qarabağ müharibəsi zamanı Qubadlının işğaldan azad olunması bir neçə gün çəkdi.Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki,növbəti istiqamət Qubadlı rayonu idi.Şəhərdə ermənilər güclü istehkamlar qurmuş və yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi.Qubadlını azad etmək üçün,ilk növbədə,yüksəkliklər götürülməli idi. Düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı,fədakarlığı göstərib.İlk növbədə,şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər,o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq ,Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildikdən sonra,oktyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhəri düşməndən tamamilə təmizləndi.Qarabağın digər bölgələrində olduğu kimi Qubadlı rayononun ərazisində də ermənilər hərbi cinayətlər törətmişlər.Rayonun Xanlıq kəndində hərbi istehkam,hərbi baza qurulmuşdu. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı.Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər.Bu da hərbi cinayət sayılır.Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.
27 ildir ki,Azərbaycan tarixi qan ağlayırdı. Xalqımızın ürəyi acıyla döyünür, torpaq həsrəti ilə sızıldayırdı.20 faiz torpaqlarımız düşmən və oğru Ermənistanın tapdağı altında idi.Xalqımız Xankəndi, Şuşa,Laçın, Xocavənd, Kəlbəcər,Ağdərə,Ağdam,Cəbrayıl,Füzuli,Qubadlı,Zəngilan kimi cənnət guşələrimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi.Nəhayət illərdir arzusunda olduğumuz o günlər gəldi!Ali Baş Komandanımız,Azərbaycan Respublikasının Prezidenti,cənab İlham Əliyevin məqsədyönlü siyasəti, qardaş ölkələr olan Türkiyə və Pakistanın dəstəyi və ən əsas Şanlı Ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalandı. Uzun illərdir mənfur düşmənin işğalında olan gözəl guşələrimizdən biri Qubadlı şəhəri və Qubadlı rayonudur. 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş,Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Zəngəzur Azərbaycandır! Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi.Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər,mütəxəssislər,hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki,bu,XXI əsrin müharibəsidir.
Biz bu qələbəyə görə,Ali Baş Komandan,böyük sərkərdə,bu Zəfəri bizə yaşadan cənab İlham Əliyevə borcluyuq.Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik.30 ildən çoxdur əzablı,məcburi köçkün həyatı yaşayan soydaşlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar.İşğal altında olan hər bir kəndimizin,hər bir şəhərimizin azad olunduğu gün tariximizə Zəfər günü kimi yazıldı.Çünki bu torpaqların hər qarışı uğrunda Azərbaycan ordusu döyüşərək,vuruşaraq,qan tökərək tarixi ədaləti bərpa edib.Qubadlı rayonunun işğaldan azad olunduğu gün – 25 oktyabr tariximizdə daim böyük qürurla xatırlanacaq.Azərbaycanın həmin guşələri yenidən dirçələcək,işğaldan azad olunmuş ərazilərimizə həyat veriləcək. Qarabağ Azərbaycandır!

Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü

