Bu gün Ziyad Muradovun şəhadətindən iki il ötür – FOTO-VİDEO
28 il ərzində erməni işğalı altında olan torpaqlarımız iki il öncə, sentyabrın 27-də başladılan əks-hücüm əməliyyatı nəticəsində 44 gün ərzində addım-addım azad olunub. Torpaqlarımız yeni tarix yazan igid əsgərlərimizin qanı, canı bahasına azadlığa qovuşub.
ARANTV.AZ xəbər verir ki, İkinci Qarabağ döyüşlərinin igid şəhidlərindən biri də Ziyad Muradovdur.
Bu gün Ziyadın şəhid olduğu gündür. O, Vətən müharibəsi zamanı Füzuli,Cəbrayıl,Xocavənd və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyad Muradov Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Qeyd edək ki, şəhidimizin bir oğul övladı yadigar qalıb.
Onu da bildirək ki, Ziyad eyni zamanda şair olub, onun şeirlərindən ibarət kitabı nəşr olunub.


Xatırladaq ki, bir il öncə BiG.AZ-ın müxbiri şəhidin ailəsi ilə görüşərək geniş reportaj hazırlayıb:






