Gündəm 

Şərqi Zəngəzurda açılan ilk hava limanı

44 gün davam edən Vətən Müharibəsi böyüklü-kiçikli, müxalif-iqtidar, kasıb-varlı hamını bir yumruq altında birləşdirmişdi. Hamı eyni hədəfi izləyir, hamı eyni hədəf üçün çalışırdı. Bəli, “söhbət vətəndirsə, hamı bir olmalıdır” məsələnin sübutunu bu günlərdə gördük. Azərbaycanın mərd oğulları sayəsində Qarabağımız hissə-hissə, qarış-qarış geri qaytarılırdı.

Düz 2 il əvvəl 20 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək Zəngilanın erməni işğalından azad olduğunu elan etdi. Nəhayət ki, biz həsrətlə gözlədiyimiz “Zəngilan bizimdir! Qarabağ bizimdir!” – kəlməsini eşitdik. Zəngilanın iqtisadə zona olaraq həm İran, həm də Ermənistan arasında olması bəzi çətinliklər, problemlər yaratsa da Azərbaycan əsgəri və Ali Baş Komandanın düzgün siyasəti, möhkəm iradəsi nəticəsində məsələlər müsbət istiqamətdə həllini tapdı.

Qarabağda tikilən və tikiləcək infrastrukturlar Azərbaycanı regionda güclü və stabil ölkəyə çevirəcək. İlk olaraq Füzulidə mülki və ağır yük təyyarələri qəbul edən beynəlxalq aeroport tikilib istismara verildi. Növbəti beynəlxalq aeroportumuzun açılışı Zəngilanın alınması tarixinə təsadüf etdi. 20 oktyabr 2022-ci ildə möhtərəm prezidentimiz İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan möhtəşəm açılışı oldu. Füzulidə olduğu kimi burada da hava limanından əlavə, həm də infrastruktur da yaradıldı.

Növbəti gün Zəngilan aeroportu artıq ilk mülki vətəndaşlarını qəbul etdi. Heydər Əliyev adına hava limanından uçuşa başlayan reys 45 dəqiqədən sonra Zəngilan beynəlxalq hava limanına eniş edib. Şərqi Zəngəzurda açılan ilk aeroportdan sonra növbəti beynəlxalq aeroportların tikintisi Laçın və Kəlbəcərdə nəzərdə tutulur. Həmin aeroportlar gələcəkdə beynəlxalq mülki və yük daşıma xidmətlərində beynəlxalq arenada əsas rollardan birini oynayacaq.

Beləliklə, Azərbaycan erməni vəhşilərinin xaraba qoyduğu ərazilərini yenidən qurmağa, gözəlləşdirməyə dirçəltməyə davam edir. Şəhərlərin yenidən qurulması həmin ərazilərdə dünya təcrübəsinə uyğun inkişaf elementlərini özündə toplayan infrastruktur, texnologiyalar və s. nümunəvi iqtisadi rayonların yaranmasına yaxşı zəmin yaradır.

Həqiqət Həmzəyeva,
Mərkəzi Neftçilər Xəstəxanasının İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi

Daha çox xəbərlər