Region Xəbərləri 

Ağcabədidə “Nə? Harada? Nə zaman?” intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar keçirilmişdir.

Oktyabr ayının 23-də “Azərbaycan İntellektual Klublar Assossasiyası”nın idarəçiliyi ilə Ağcabədi rayon Bayraq muzeyində “Nə? Harada? Nə zaman?” intellektual oyunun “E” qrupunda seçmə mərhələnin oyunları keçirilmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirin açılışında çıxış edərək qonaqları salamlayaraq qeyd etmişdir ki, noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi tamam olur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə Respublikamızın hər yerində tədbirlər,yarış və müsabiqələr keçirilir.Bu gün isə Ağcabədidə “Nə? Harada? Nə zaman?” intellektual oyununun seçim mərhələsində 11 rayonun – Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Naftalan, Xocavənd, Şuşa, Tərtər, Cəbrayıl, Goranboy və Laçın rayonlarının komandaları mübarizə aparacaqlar.Tədbirin ev sahibi olaraq tərəfimizdən hazırlıq işləri yüksək səviyyədə təşkil edilmişdir. Əsasnaməyə müvafiq olaraq 11 komanda arasında ən yüksək xal toplayan 3 komanda finala vəsiqə qazanacaqdır.
R.Əhmədov “Azərbaycan İntellektual Klublar Assossasiyası”nın Ağcabədiyə təşrif buyurmuş nümayəndələrinə təşəkkür edərək, yarış iştirakçılarına uğurlar arzulamışdır.
3 turdan ibarət keçirilən müsabiqədə Goranboy rayonunun komandası I yerə, Bərdə rayonunun komandası II yerə, Xocavənd rayonunun komandası III yerə layiq görülmüşdür.
Ümumilikdə, Respublikanın 7 şəhərində keçirilən seçmə yarışlarında qalib gəlmiş 21 komanda noyabr ayında Bakı şəhərində Gülüstan sarayında final yarışlarına qatılacaqlar.
Yarışın sonunda komandaların üzvüləri xatirə şəkili çəkdirmişlər.

Daha çox xəbərlər