Hadisə 

Sahil qəsəbəsində avtomobil aşıb: Ölən və yaralanan var

Qaradağ rayonunda avtomobil aşıb.

 

APA xəbər verir ki, Sahil qəsəbəsi ərazisində 2000-ci il təvəllüdlü Orxan Həsənov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili dəmir çəpərə vuraraq aşırıb.

 

Nəticədə Orxan Həsənov və sərnişini, 1988-ci il təvəllüdlü Fəxrəddin İbrahimov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

 

Sürücü həkimlərin səyinə baxmayaraq ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Daha çox xəbərlər