Gündəm 

Millət vəkili: “Adam tanıyıram ki, beş partiyanın üzvüdür”

 

“Mən adam tanıyıram ki, cibində beş partiyanın üzvlük vəsiqəsini gəzdirir. Yəni eyni anda 5 partiyanın üzvüdür”.

 

ARANTV.AZ-ın məlumatına görə, bunu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı millət vəkili Elşən Musayev deyib.

 

“Elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir. Gah YAP-ın tədbirində görürsən, gah da digərinin tədbirində görürsən”, – deyə Elşən Musayev əlavə edib.

 

Onun sözlərinə görə, yeni qanun layihəsinə əsasən, partiya üzvlərinin reyestrinin aparılması gözlənilir ki, bu da müsbət haldır:

 

“Reyestrlə bilinəcək ki, hansı partiyanın nə qədər üzvü var. Partiyalar özlərinə hörmət etməlidirlər”, – deyə Elşən Musayev bildirib.

Daha çox xəbərlər