Afaq Aslan instaqramda bu qiymətə reklam edir
Dubaya köçən müğənni-model Afaq Aslan İnstaqram “Story” bölümündəki reklam qiymətini artırıb. ARANTV.AZ xəbər verir ki, əvvəl 500 dollara (təxminən 850 manat) reklam edən ifaçı hazırda 15 saniyəlik video üçün 1 min dollar (təxminən 1700 manat) tələb edir. Belə ki, onun hesabında bir reklam paylaşımının qiyməti 5 min dollardır (təxminən 8500 manat). Digər bir iddiaya görə, Afaq məşhur brendin reklamına çəkilmək üçün 500 min dollar tələb edib.

