Siyasət 

Azərbaycan-İsveçrə əlaqələri: Səfir “məmnunuq” dedi

“Azərbaycanla İsveçrənin yaxşı münasibətləri və siyasi dialoq platforması var”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanla İsveçrə arasındakı iqtisadi əlaqələr də yaxşı səviyyədə qurulub.

“Hər iki ölkə bir-birinin iqtisadiyyatına investisiya qoyub. Biz İsveçrəyə qızıl ixrac edirik. Biz isveçrəli partnyorlarımızla əməkdaşlıqdan məmnunluq duyuruq”, – deyə səfir qeyd edib.

Səfir Azərbaycanla Ermənistan arasındakı dialoqlarda İsveçrənin məkan kimi seçilməsini də xatırladıb.

“Təsadüfi deyil ki, 2022-ci ilin oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri də İsveçrənin Cenevrə şəhərində görüşdülər”, – deyə o əlavə edib.

Daha çox xəbərlər