Milli Qəhrəman olan sabiq icra başçısı dəfn edildi – YENİLƏNİB + FOTO
Milli Qəhrəman Maşallah Abdullayev dəfn edilib.
APA xəbər verir ki, Maşallah Abdullayev Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib.
10:16
Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev vəfat edib.
ARANTV.AZ xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Maşallah Abdullayev 1992-ci ildə Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib.
Birinci Qarabağ müharibəsindən sonra M.Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri olub. İgidliyə görə general Məhəmməd Əsədov adına mükafata və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına layiq görülüb.
Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən M.Abdullayev əməliyyat edilərək Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi.

