Cəmiyyət 

Qida obyektlərində tibbi müayinədən keçməyən 600-ə yaxın əməkdaş işdən uzaqlaşdırılıb

“2022-ci ilin 9 ayında keçirilən yoxlama tədbirləri zamanı qida obyektlərində tibbi müayinədən keçməyən 593 nəfər işçi müəyyənləşib”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, onlar tibbi müayinədən keçənə qədər işdən uzaqlaşdırılıblar.

Daha çox xəbərlər