Dünya 

“Keçmiş səhvləri qəbul edərək fikir ayrılıqlarını aradan qaldırın” – Avropalı hüquq müdafiəçisi Xocalı soyqırımı haqqında yazdı

Avropanın “European Times” media resursu (https://www.europeantimes.news/2022/10/reconcile-differences-through-recognising-the-past-blunders/) Xocalıda soyqırım haqqında məqalə dərc edib. Yazıda müəllif Ermənistanı Ruanda və Cənubi Afrikanın təcrübəsinə əsaslanan “keçid ədaləti” modelini qəbul etməyə dəvət edir.

ARANTV.AZ  xəbər verir ki, “European Times” saytı qitənin 20-dən çox ölkəsində insan hüquqları üzrə ixtisaslaşmış Avropa ekspertlər şəbəkəsinin xəbər portalıdır. Məqalənin müəllifi danimarkalı hüquq müdafiəçisi Başi Qureyşi Nelson Mandela tərəfindən Cənubi Afrikada aparteid rejiminə son qoyulduqdan sonra yaradılmış Cənubi Afrika Həqiqət və Barışıq Komissiyasının (CAT) təcrübəsini, 1994-cü ildə baş vermiş Ruanda soyqırımının nəticələrinin aradan qaldırılması təcrübəsini təhlil edib, analogiyalar aparıb.
Müəllif qeyd edir ki, münaqişələrin travmasını aradan qaldırmaq üçün “keçid ədalət” mühakiməsinin tətbiqinin əsas məqamı iki komponentdən ibarət idi – cinayətə görə məsuliyyətin təqsirkar tərəfindən ictimai etirafı və münaqişə tərəfləri arasında tabu mövzuların sərbəst müzakirəsi.

Bu baxımdan müəllif, oktyabrın 6-da BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən 51-ci sessiyası çərçivəsində “Xocalı: Barışıq üçün etiraf et” Koalisiyası tərəfindən təşkil olunan “Etiraf və barışıq: sülh və ədalət yolunda vətəndaş cəmiyyəti dialoqunun rolu” adlı seminarı vacib addım kimi qiymətləndirib.
Məqalədə bildirilir ki, Srebrenitsa Anaları Assosiasiyasının prezidenti Munira Subaşiç BMT-nin tədbirində çıxış edərək Xocalı və Srebrenitsada törədilmiş cinayətlərin motivi və formasının oxşarlığını qeyd edib və erməni tərəfinə törədilən cinayətə görə məsuliyyəti qəbul etmək, həmçinin Xocalı soyqırımı qurbanlardan açıq şəkildə üzr istəməyi təklif edib. Hüquq müdafiəçsinə görə, Ermənistan tərəfinin üzrü və hər iki ölkədə vətəndaş cəmiyyəti nümayəndələrinin bu mövzuda açıq dialoqa başlaması münaqişənin travmasını aradan qaldırmağın yeganə yoludur.

“”Yalnız cinayətin etirafı irəli aparan yol kimi barışığa zəmin yaradır”, – deyə müəllif fikirlərini tamamlayıb.

Daha çox xəbərlər